Türkiyədə yenidən zəlzələ qeydə alınıb

Türkiyədə yenidən zəlzələ qeydə alınıb

Türkiyənin Gümüşhane şəhərinin Kelkit rayonunda 4,3 maqnitudalı zəlzələ olub.

Az.rasthaber.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin verilənlərindən məlum olub.

Bildirilib ki, yeraltı təkanların dərinliyi 15,03 km olub. Seysmohadisə Bakı vaxtı ilə saat 02:15-də qeydə alınıb.

Dağıntı və ya tələfatlar bağlı məlumat verilməyib.

Xatırladaq ki, daha öncə İstanbulun yaxınlığında zəlzələ baş vermişdi.

Xəbəri paylaş

VİDEOLAR