Türkiyədə vətəndaşlıq almaq asanlaşdırıldı

Türkiyədə vətəndaşlıq almaq asanlaşdırıldı

Əcnəbilərin Türkiyə vətəndaşlığına qəbulu qaydalarına dəyişiklik edilib.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Sənədə əsasən, Türkiyə vətəndaşlığına qəbul olmaq üçün əsas müddəa və meyarlar aşağıdakı kimi müəyyənləşdirilib:

1. Qiyməti 250 min ABŞ dollarından başlayan daşınmaz əmlakın alınması;

2. Banka 500 min dollar əmanət qoyulması;

3. 500 min dollar dəyərində qiymətli kağızların alınması;

4. 500 min dollar məbləğində dövlət istiqrazlarının alınması;

5. 500 min ABŞ dollarına investisiya fondlarının səhmlərinin alınması;

6. 50 iş yeri açmaq.

Bu müddəa və meyarlardan ən azı birinə əməl edənlərə avtomatik olaraq Türkiyə vətəndaşlığı veriləcək.

Xəbəri paylaş

VİDEOLAR