24.01.2022 16:17:48
Türkiyədə 2021-ci ildə 1 milyon 47 min 975 uşaq anadan olub.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Əhalinin İşləri və Vətəndaşlıq üzrə Baş İdarədən məlumat verilib.
Qeyd edilib ki, 2021-ci ildə Türkiyədə oğlan uşaqlarına ən çox verilən ad “Yusif” olub - 7 134, qız uşaqlarına ən çox verilən ad isə “Zeynəb” olub - 10 130.