Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 44 nəfərə çatıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.
O, deyib: “Koronavirus epidemiyası nəticəsində 7 nəfər də həlak oldu, daha 343 nəfərdə yeni növ koronavirus aşkar edildi''.
Nazir Fəxrəddin Koca sutka ərzində 3 mindən çox adama koronavirusla bağlı test edildiyini deyib.
''Tədbirlər görməyə davam edəcəyik''-deyə səhiyyə naziri vurğulayıb.
Qeyd edək ki, Türkiyədə indiyədək virusa yoluxanların sayı 1500 nəfəri ötüb.
Kaç kişi? 195 ülkede her gün bu soruluyor. Kayıplar versek de Türkiye için geç değil. Tedbir, artışın önünü kesebilir. SON 24 SAATTE toplam 3.952 test yapıldı. 343 yeni tanı var. 7 hastamızı kaybettik. Biri KOAH hastasıydı. Altısı ileri yaştaydı. Aldığımız tedbir kadar güçlüyüz.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 24, 2020