Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 214 nəfərə çatıb.
Onların 46-sı martın 31-də vəfat edib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sutka ərzində 15 min 422 nəfər üzərində müayinə aparılıb.
Onlardan 2 min 704 nəfərdə infeksiya aşkarlanıb.
Beləliklə, ölkə üzrə 13 min 531 nəfər infeksiyadan müalicəyə cəlb olunub.
Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər müalicə olunub.