Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 725-a çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 725 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (7 aprel üçün) 76 koronavirusa yoluxmuş xəstə ölüb və 20023 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3892 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 34109-ə çatıb, sağalanların sayı 1582 olub.