Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3174-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3174 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (30 aprel üçün) 93 koronavirusa yoluxmuş xəstə ölüb və 42004 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 2615 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 120204-ə çatıb, sağalanların sayı 48886 olub.