Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3081-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3081 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (29 aprel üçün) 89 koronavirusa yoluxmuş xəstə ölüb və 43498 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 2936 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 117589-a çatıb, sağalanların sayı 44022 olub.