Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2992-yə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2992 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (28 aprel üçün) 92 koronavirusa yoluxmuş xəstə ölüb və 29230 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 2392 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 114653-ə çatıb, sağalanların sayı 38809 olub.