Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2900-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2900 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (27 aprel üçün) 95 koronavirusa yoluxmuş xəstə ölüb və 20143 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 2131 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 112261 -ə çatıb, sağalanların sayı 33791 olub.