Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2600-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2600 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (24 aprel üçün) 109 koronavirusa yoluxmuş xəstə ölüb və 38351 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3122 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 104912-yə çatıb, sağalanların sayı 21737 olub.