Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2491-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2491 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (23 aprel üçün) 115 koronavirusa yoluxmuş xəstə ölüb və 40962 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3116 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 101790-a çatıb, sağalanların sayı 18491 olub.