Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2376-ya çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2376 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (22 aprel üçün) 117 koronavirusa yoluxmuş xəstə ölüb və 37535 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3083 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 98674-ə çatıb, sağalanların sayı 16477 olub.