Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2140-a çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 2140 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (20 aprel üçün) 123 koronavirusa yoluxmuş xəstə ölüb və 39703 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 4674 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90980-ə çatıb, sağalanların sayı 13430 olub.