Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1890-a çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1890 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (18 aprel üçün) 121 koronavirusa yoluxmuş xəstə ölüb və 40520 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3783 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 82329-a çatıb, sağalanların sayı 10453 olub.