Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1643-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1643 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (16 aprel üçün) 125 koronavirusa yoluxmuş xəstə ölüb və 40427 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 4801 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 74193-ə çatıb, sağalanların sayı 7089 olub.