Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1403-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1403 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (14 aprel üçün) 107 koronavirusa yoluxmuş xəstə ölüb və 33070 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 4062 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 65111-ə çatıb, sağalanların sayı 4799 olub.