Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1296-ya çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1296 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (13 aprel üçün) 98 koronavirusa yoluxmuş xəstə ölüb və 34456 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 4093 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 61049-a çatıb, sağalanların sayı 3957 olub.