Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb

Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb

ürkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni bir növ koronavirusdan vəfat edib.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 92 nəfərə çatıb.

Bu barədə səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

O, deyib: “Koronavirus epidemiyası nəticəsində 92 nəfər dünyasını dəyişib, daha  1196 nəfərdə yeni növ koronavirus aşkar edildi''.

Nazir Fəxrəddin Koca sutka ərzində 17 nəfərin dünyasını dəyişdiyini bildirib.

Nazir əlavə edib ki, Türkiyədə koronavirusa yoluxanların sayı 5698 nəfərə çatıb.

Xəbəri paylaş

VİDEOLAR