Türkiyədə islamyönlü partiyanın rayon rəhbəri dünyasını dəyişdi

Türkiyədə islamyönlü partiyanın rayon rəhbəri dünyasını dəyişdi

Mehmet Önal bu gün koronavirusdan dünyasını dəyişib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Səadət Partiyasının Manisa şəhərinin Demirci rayon sədri 54 yaşlı Mehmet Önal bu gün koronavirusdan dünyasını dəyişib.

Bu haqda Səadət Partiyasının sədri Temel Karamollaoğlu sosial media hesabında "Manisa/Demirci rayon sədrimiz Mehmet Önal bəyin covid-19 epidemiyası səbəbilə vəfat etdiyini böyük bir üzüntü ilə öyrəndim. Bu günə qədər bu epidemiyadan dünyasını dəyişən bütün vətəndaşlarımıza Allahdan rəhmət, mərhum Önalın ailəsinə və camiəmizə da başsağlığı verirəm.", -deyə qeyd edib.

Qeyd edilir ki, Mehmet Önal 4 gün öncə koronavirusa yoluxma səbəbilə xəstəxanaya gətirilib, bu gün isə dünyasını dəyişib.

islamazeri.com

Xəbəri paylaş

VİDEOLAR