Türkiyədə inflyasiya azalmaqda davam edir

Türkiyədə inflyasiya azalmaqda davam edir

Türkiyədə illik inflyasiya ardıcıl yeddi aydır ki, azalmaqda davam edir.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, may ayında inflyasiya 39,59%-ə kimi azalıb. Ötən ay bu rəqəm 43,68% təşkil etmişdi.

Qeyd edək ki, may ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 0,04%, 2022-ci ilin dekabr ayına görə isə 15.26% təşkil edib.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, ötən ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.

Xəbəri paylaş

VİDEOLAR