3.03.2022 11:45:45
Türkiyədə fevral ayında illik inflyasiya bir ay əvvəlki 48,69%-dən 54,44%-ə yüksəlib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutunun məlumatında deyilir.
"Türkiyədə illik ifadədə inflyasiya fevral ayında sürətlənərək 54,44%-ə çatıb", - məlumatda qeyd olunub.
Eyni zamanda, təkcə fevral ayında Türkiyədə istehlak qiymətlərinin artımı 4,81% təşkil edib.