Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Türkiyənin Qaziantep hava limanından Hataya hərəkət edən helikopter qəzaya uğrayıb.

Az.rasthaber.com türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot həlak olub, bir texniki işçi yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Aviasiya Dairəsinin inventarına daxil olan bu helikopter Qaziantepin Nurdağı rayonunun Kartal kəndinin ərazisində qəzaya uğrayıb.

Vahid Hava Əməliyyatları Mərkəzi helikopterlə son dəfə yerli vaxtla saat 22.49-da əlaqə saxlayıb.

Xəbəri paylaş

VİDEOLAR