Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin mərkəzi hissəsində 5,0 bal gücündə zəlzələ baş verib.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri təxminən 592 min nəfər əhalisi olan Kayseri şəhərindən 52 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, 2 evə ciddi zərər dəyib, ev əhli müvəqqəti olaraq başqa yerə köçürülüb. Yaralanan yoxdur.

Xəbəri paylaş

VİDEOLAR