4.02.2022 14:58:43
Türkiyənin Sivas vilayətində güclü qar yağması ilə əlaqədar ümumilikdə 190 kənd yolu bağlanıb.
Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, yolların təmizlənməsi və hərəkətin bərpası üçün 100-ə yaxın texnika cəlb olunub.
Eyni zamanda Ərzincan vilayətində 24 yol bağlanıb.
Hazırda kəndlərlə nəqliyyat əlaqəsinin bərpa olunması üçün işlər davam etdirilir.