Türkiyədə filiz mədənində partlayış

Türkiyədə filiz mədənində partlayış

İzmir valisi Yavuz Selim Köşger hadisədə xəsarət alanların sayını açıqlayıb.

Rasthaber Azərbaycan “Sputnik”-ə istinadən xəbər verir ki, Türkiyənin İzmir vilayətinin Kınık rayonunda filiz mədənində partlayış olub.

 
İlkin məlumata görə, tüstüdən zəhərlənən yeddi işçi fərqli xəstəxanalara çatdırılıb.
 
Bildirilir ki, mədən partlayış səbəbindən çöküb. Hadisə yerinə tibb işçiləri, xilasedicilər və AFAD qrupları gəliblər.
 
Yaralılardan ikisi Manisanın Soma rayonuna aparılıb. Hadisə baş verən zaman mədəndə 50 işçinin olduğu deyilir.
 
İzmir valisiYavuz Selim Köşger hadisədə ölənlərin olmadığını, işçilərin yüngül xəsarət aldıqlarını deyib.
 
Twitter hesabından açıqlama verən Köşger xəstəxanalara səkkiz nəfərin çatdırıldığını deyib.
 
Bir qədər sonra isə vali 22 nəfərin yüngül xəsarət aldığını xəbər verib. Mədənin dağıntıları altında kimsənin qalmadığını deyib.
 

Xəbəri paylaş

VİDEOLAR