Türkiyədə FETÖ terror qruplaşmasına qarşı növbəti anti-terror əməliyyatı həyata keçirilib
Türkiyədə İzmir mərkəzli FETÖ terror qruplaşmasına qarşı növbəti anti-terror əməliyyatı həyata keçirilib.
Rasthaber Azərbaycan İHA-ya istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı 229 şübhəlidən 125 nəfər yaxalanıb.
Yaxalananların hamısının FETÖ-nun Silahlı Qüvvələr içinə sızdırdığı şəxslər olduğu önə çəkilir.
Əməliyyat zamanı tutulanlar arasında yüksək rütbəli zabitlər də var.