Türkiyədə çox sayda hərbiçi FETÖ şübhəsilə saxlanıldı - VİDEO

Türkiyədə çox sayda hərbiçi FETÖ şübhəsilə saxlanıldı - VİDEO

Aralarında polkovnik, polkovnik leytenant və mayor rütbəli aktiv hərbiçilər də var...

Rasthaber Azərbaycan xəbər verir ki, 62 şəhər və Şimali Kipr Türk Respublikasında səhər saatlarında anti-terror əməliyyatı keçirilib.

Məlumata görə, FETÖ terror qruplaşmasının silahlı qüvvələrdəki qalıntılarının aşkar edilməsi üçün İstanbul və İzmir mərkəzli olmaqla başladılan əməliyyat zamanı 459 aktiv, 532 nəfər saxlanılıb.

Məlumata görə, İstanbulda saxlanılanlar arasında 4 polkovnik, 1 polkovnik leytenant, 9 mayor, 24 kapitan, 32 baş-leytenant, 3 leytenant, 142 kiçik zabit, 1 gizir olmaqla 216 nəfər aktiv hərbiçi, həmçinin 42 nəfər hərbi çevrilişə cəhddən sonra əlaqələri kəsilən kursantlar var. İzmirdə isə saxlanılanların əksəriyyəti kiçik zabitdir.

Xəbəri paylaş

VİDEOLAR