Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (4 aprel üçün) 76 koronavirusa yoluxmuş xəstə ölüb və 19664 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3013 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 23934-a çatıb, sağalanların sayı 786 olub.