Türkiyədə bir gündə 1704 nəfərdə koronavirus aşkarlandı, 16 nəfər ölüb

Türkiyədə bir gündə 1704 nəfərdə koronavirus aşkarlandı, 16 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni bir növ koronavirusdan vəfat edib.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 108 nəfərə çatıb.

Bu barədə səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

O, deyib: “Koronavirus epidemiyası nəticəsində bu günə qədər 108 nəfər dünyasını dəyişib, daha  1704 nəfərdə yeni növ koronavirus aşkar edilib.''.

Nazir Fəxrəddin Koca sutka ərzində 16 nəfərin dünyasını dəyişdiyini də bildirib.

Nazir əlavə edib ki, Türkiyədə koronavirusa yoluxanların sayı 7402 nəfərə çatıb.

Xəbəri paylaş

VİDEOLAR