Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İsrail xüsusi xidmət orqanı – Mossada qarşı böyük əməliyyat həyata keçirib.
Rasthaber Azərbaycan xəbər verir ki, İstanbulun 15 rayonu, həmçinin Ankara, Kocaeli, Hatay, Mersin, İzmir, Van və Diyarbakırda 57 əməliyyat zamanı İsrail xüsusi xidmət orqanı – Mossadla əməkdaşlıqda şübhəli bilinən 34 nəfəri saxlayıb.
Onlar gizli məlumatları ötürmə, adam qaçırma, təhdid, qanunsuz dinləmə və digər qanunazidd əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Adları açıqlanmayan şübhəlilərin bəzisi xarici ölkə vətəndaşıdırlar və onlar Fələstinlilər və İsrail əleyhdarı olan Türkiyə vətəndaşlarına qarşı fəaliyyətdə ittiham olunurlar.