Türkiyənin Malatya şəhərində 130 bina dağılıb.
Az.rasthaber.com xəbər verir ki, bazar ertəsi Türkiyənin cənub-şərqində 7,4 bal gücündə zəlzələ olub. Nəticədə 70-dən çox insan həyatını itirib, yaralılar var.
Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Türkiyənin Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var.
Məlumata görə, ümumilikdə zəlzələ 10 şəhərdə qeydə alınıb. Adanada da 3 bina tamamən dağılıb. Ölənlərin sayının artması istisna deyil.