Türkiyədə koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə 4 adama yenə yeni tip korona virusu “Covid-19” diaqnozu qoyulub. Bununla virusa yoluxma hadisəsinin sayı 6-ə yüksəlib. Gecə saatlarında Ümrədən dönən Türkiyə vətəndaşında koronavirus aşkarlanıb.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca paytaxt Ankarada verdiyi şərhdə bildirib: “Korona virusu diaznozu qoyulan bu 3 adam ilk yoluxma hadisəsiylə bağlı karantinə alınanlarla eyni ailədəndir. Yəni 5 hadisənin hamısı bir-birilə əlaqəlidir. Sonrakı 4 yoluxma hadisəsinə uğrayanlar ilk təsbitdən sonra dərhal təcrid edilən adamlardır. Qeyd edək ki, görülən tədbirlər sayəsində dünyanı bürüyən korona virusu təhdisindən Türkiyəni 3 ay boyu uzaq tuta bildik. Tədbirləri vaxtında görsək və qaydalara uysaq, virusun yayılmasının qarşısını alaraq həyatı normal vəziyyətinə sala bilərik.”
Nazir Ümrədən qayıdan bir nəfərdə koronavirus aşkarlandığını tvitterdən paylaşıb.