30.01.2020 16:30:19
Türkiyədə Muğla əyalətində zəlzələ
Rasthaber Azərbaycan CNNtürk-ə istinadən xəbər verir ki, Türkiyənin Muğla vilayətində Aralıq dənizinin Marmaris rayonunda yerli saatla 14:21 də 5.5 ballıq zəlzələ baş verib.
Bu haqda Qəndilli rəsədxanası məlumat verib.
Zəlzələ Marmaris rayonundan 162 km uzaqlıqda və 12,1 km dərinlikdə qeydə alınıb.
Ölənlər və dağıntı ilə bağlı məlumat verilmir.