Zəlzələ zonasında təcili şəkildə sökülməli olan 50 mindən çox bina aşkar edilib.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, urbanizasiya və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
“İndiyədək təcili sökülməli olan 50 576 bina sayılıb”, – deyə o qeyd edib.
Kurub əlavə edib ki, dəyən zərərin qiymətləndirilməsi fəaliyyəti davam etməkdədir.
“Biz təcili sökülməli olanları tez sökəcəyik və təhlükəsiz evlər tikəcəyik”, – deyə o vurğulayıb.