22.12.2019 11:55:34
İzmir şəhəri sahillərində 49 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir şəhəri sahillərində 49 qanunsuz miqrant saxlanılıb.
Rasthaber Azərbaycan Trend-ə istinadən verdiyi məlumata görə, miqrantlar Sahil Təhlükəsizlik Qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, bunlardan 23 nəfəri Suriya, 8-i Fələsətin, 8-i Konqo, 8-i Qambiya və 2-si Yəmən vətəndaşıdır.
Miqrantlar müvafiq orqanlara təhvil verilib.