Türkiyədə 4.8 ballıq zəlzələ baş verib
Türkiyədə 4.8 ballıq zəlzələ baş verib.
Rasthaber Azərbaycan xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən verilən məlumata görə, zəlzələnin episentri Bursa şəhərindən 127 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Türkiyənin Balıkəsir vilayətində də güclü zəlzələ olub. Rəsmi qurumlar zəlzələnin 4,6 bal gücündə olduğunu elan edib.
Ölənlər, xəsarət alanlar haqqında məlumat verilmir.