Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 277-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 277 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (1 aprel üçün) 63 koronavirusa yoluxmuş xəstə ölüb və 14396 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 2148 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 15679-a çatıb, sağalanların sayı 333 olub.