Türkiyədə baş verən meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Az.rasthaber.com xəbər verir ki, Karabük vilayətində alovun sürətlə yayılması səbəbilə 14 kənd boşaldılıb.
Bəzi kəndlərdə evlərə və tövlələrə ziyan dəydiyi bildirilib.
Yanğının nəzarət altına alınması üçün aidiyyəti qurumlar tərəfindən intensiv tədbirlər həyata keçirilir.
Digər tərəfdən, Antalyanın Aksu bölgəsində də meşə sahəsində yanğın baş verib. Alovun söndürülməsinə 8 helikopter, 32 su maşını, 2 xüsusi texnika və 186 nəfərlik heyət cəlb olunub.
Təhlükəsizlik baxımından əraziyə yaxın evlərdə yaşayan sakinlər təxliyə edilib.