İsrail Qəzzaya uşaqlara yardım aparan gəmiyə hücum etdi - VİDEO

İsrail Qəzzaya uşaqlara yardım aparan gəmiyə hücum etdi - VİDEO

Sionist rejimin radio və televiziya qurumu Hənzələ yardım gəmisinin Fələstinin işğal olunmuş cənub bölgəsində yerləşən Aşdod limanına aparılacağını bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki,  Azadlıq Donanması Koalisiyası verdiyi bəyanatda sionist rejimin Hənzələ gəmisinə hücumunu pisləyib və bildirib ki, İsrail ordusu beynəlxalq sularda hərəkətdə olan bu gəmiyə hücum edərək 21 silahsız mülki şəxsi girov götürüb.


Koalisiya əlavə edib ki, İsrail ordusunun Hənzələ gəmisinə və onun sərnişinlərinə beynəlxalq sularda hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Bəyanatda vurğulanıb ki, Hənzələ gəmisində 12 ölkədən olan 21 mülki şəxs – o cümlədən parlament üzvləri, vəkillər, jurnalistlər, həmkarlar ittifaqları üzvləri, ətraf mühit fəalları və insan haqları müdafiəçiləri – iştirak edirdi.

Xəbəri paylaş

VİDEOLAR