Türkiyə XİN rəhbərindən Misir polisinin Anadolu agentliyinə hücumuna reaksiya

Türkiyə XİN rəhbərindən Misir polisinin Anadolu agentliyinə hücumuna reaksiya

Xarici işlər naziri Mövlud Çavuşoğlu televiziya proqramlarından birində xarici siyasətdəki son vəziyyəti qiymətləndirib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri  Çavuşoğlu açıqlamasında “Anadolu" xəbər agentliyinin Qahirədəki ofisinə Misir polisinin müdaxiləsinin qəbuledilməz olduğunu bildirib.

“Daha əvvəl də narahatlıq doğuran hallar olub. Xüsusilə “Anadolu” agentliyində işləyən yerli insanlara istiqamətli olduğunu da görürük. Lakin nəticədə kimin olduğu əhəmiyyətli deyil, Misir polisinin bu hərəkəti qəbuledilməzdir. Açıqlamalarımızı da verdik. Həm Misirin burdakı missiyası nəzdində, həm də Qahirədəki Səfirliyimiz lazım olan görüşlər keçirildi. Pis rəftar edilmir, ancaq gözdağı verirlər", -deyə Çavuşoğlu.

Türkiyə XİN rəhbəri Ərdoğanın Mursinin ölümü ilə bağlı yeni istintaq təkflifi Misir hakimiyyətinin aqresiv olmasına səbəb olduğunu bildirib.

" Son günlərdə Liviyada atəşkəs mövzusunda Rusiya ilə qət etdiyimiz məsafə yaxud cəhdlərimiz artınca Misirin biraz da aqresiv olmağa başladığını görürük”, - deyə Çavuşoğlu əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR