Türkiyə XİN Körfəzdəki proseslərlə bağlı bəyanat verdi

Türkiyə XİN Körfəzdəki proseslərlə bağlı bəyanat verdi

Türkiyә Körfәz bölgәsindәki münaqişәnin hәlli istiqamәtindә son günlәrdә yaşanan müsbәt proseslәri mәmnuniyyәtlә qarşıladığını açıqlayıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlәr Nazirliyi Körfәz bölgәsindә yaşanan proseslәrlә bağlı bәyanat yayıb.

Bәyanatda deyilir: ‘‘Körfәz bölgәsindә 2017-ci ilin iyun ayından etibarәn davam edәn münaqişәnin hәlli istiqamәtindә atılan addımları mәmnuniyyәtlә qarşılayırıq. Problemin hәll edilmәsi üçün ciddi addımlar atan Küveyt liderliyinin sәmimi sәylәrini alqışlayırıq. Münaqişәnin dialoq yolu ilә hәll edilmәsini vә Qәtәrin mәruz qaldığı haqsız blokadanın sona çatmasını arzulayırıq’’.

Bәyanatda Türkiyәnin bu günәdәk olduğu kimi bundan sonra da Körfәz bölgәsinin tәhlükәsizliyi vә sabitliyi üçün sәylәr göstәrmәyә davam edәcәyi qeyd olunub.

Xəbəri paylaş

VİDEOLAR