Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

Çavuşoğlu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Twitter" hesabında paylaşım edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Twitter" hesabında paylaşım edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Çavuşoğlu azərbaycanlıların 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısına dərindən şərik olduğunu bildirib.

Bu arada Türkiyə Xarici İşlər Nazirliyi də Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, dinc əhaliyə qarşı insanlığa sığmayan bu hücum da daxil olmaqla, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq öz torpaqlarında məcburi köçkün kimi yaşayırlar: "Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Xocalı qətliamını və uzun illərdir davam edən işğalı şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısına dərindən şərikik. Bu qətliamda həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına başsağlığı veririk".

Xəbəri paylaş

VİDEOLAR