Türkiyə vətəndaşlarına Çinə səfər etməməyə çağırdı

Türkiyə vətəndaşlarına Çinə səfər etməməyə çağırdı

Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarına məcburi olmaması hallarda Çinə səyahət etməmələrini tövsiyə edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Nazirlik açıqlamasında Çinin Hubey əyalətinin Wuhan şəhərində pnevmoniya (ağciyer iltihabı) xəstəliyinə gətirib çıxaran koronavirusun (2019-nCoV) ölkə daxilində ictimai sağlamlığa təhdid yaratdığına diqqət çəkilib.

Koronavirus epidemiyası ilə əlaqəli hallarda artım qeydə alındığı ifadə edilən açıqlamada: “Vətəndaşlarımıza məcbur hallar istisna olmaqla Çinə getməmələri tövsiyə edilir. Bu ölkəyə məcburi səfər edənlər isə epidemiyanın qeydə alındığı ərazilərə xüsusən Hubey əyalətinə getməkdə imtina etsinlər”-deyə vurğulanıb. Çində yaşayan və Çinin digər bölgələrinə səyahət etmək məcburiyyətində olan Türk vətəndaşlarının səhiyyə tədbirlərinə maksimum riayət etmələrinin vacibliyinə diqqət çəkilən şərhdə, Türkiyənin Pekin səfirliyi, HonKonq, Şanxay və Quanqzhou Baş konsulluqlarından Çin və Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) izahatları və xəbərdarlıqlarını yaxından izləmələri istənilib. Türkiyə vətəndaşlarından təcili hallarda sutka ərzində Konsulluq Zəng Mərkəzi +90 312 292 29 29, Pekin Səfirliyi +86 152 01 30 94 12, Honkonq Baş Konsulluğu +85 296 17 07 22, Şanxay Baş Konsulluğu + 86 159 21 03 69 31, Quanqzhou Baş Konsulluğu +86 181 27 83 49 07 ilə əlaqə yaradmaları tələb olunub.

Xəbəri paylaş

VİDEOLAR