4.03.2022 10:06:17
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı olub.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı tərəflərin mülki əhalinin çıxarılması üçün humanitar dəhlizin yaradılması haqqında razılığa gəlməsindən Türkiyənin məmnunluğu ifadə edilib.