Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında sentyabrda görüş baş tuta bilər.
Az.rasthaber.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
“Rusiya prezidenti Vladimir Putin Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçiriləcək sammitində iştirak etməyə dəvət edib. Putin həmçinin Əsəddən də bu görüşdə iştirak etməyi xahiş edib“, - qeyd edilib.
Bildirilib ki, Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçek tezliklə nümayəndə heyətilə Suriyaya yollanacaq, orada Əsədlə danışıqların aparılması planlaşdırılır.
Əlavə edilib ki, əgər Perinçekin Suriyadakı görüşü müsbət axarda baş tutarsa, Ərdoğan və Əsəd Özbəkistanda keçiriləcək iclas çərçivəsində görüşə bilərlər.
Xatırladaq ki, Ərdoğan bir neçə gü öncə bəyan demişdi ki, Türkiyə Əsədi Suriya prezidenti postundan devirmək məqsədi güdmür, Türkiyə Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır və problemləri diplomatik yolla həll etməyi üstün tutur.