Türkiyə və Rusiya arasında Qarabağ müzakirəsi

Türkiyə və Rusiya arasında Qarabağ müzakirəsi

Türkiyə və Rusiya prezidentləri və müdafiə nazirləri arasında telefon danışığı baş tutub.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, Rusiya və Türkiyə prezidentiləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Danışıq zamanı Qarabağ və Suriyadakı vəziyyətlər müzakirə edilib.

Türkiyə prezidentinin ofisindən bildirilib ki, Ərdoğan söhbət vaxtı qeyd edib ki, 9 noyabrda “Dağlıq Qarabağda daimi nizama salma yolunda doğru addım atılıb”.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmçinin iki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Hülusi Akar arasında da Qarabağ və Suriya ilə bağlı telefon danışığı keçirilib.

Xatırladaq ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan Qarabağda döyüşlərin dayandırılması ilə bağlı birgə bəyanat qəbul ediblər.

Xəbəri paylaş

VİDEOLAR