Türkiyə və Pakistan müsəlmanlar haqqında film çəkir

Türkiyə və Pakistan müsəlmanlar haqqında film çəkir

Pakistanın Baş naziri İmran Xanın administrasiyası Türkiyə ilə birlikdə tarixi serialın çəkilişlərinə başlanılması haqqında məlumat yayıb.

Rasthaber Azərbaycan “Anadolu”ya istinadla xəbər verir ki, Xan İslamabadda Türkiyənin “Tekden Film” prodüser şirkətinin rəhbəri Kamal Tekdenlə layihənin detallarını müzakirə edib.

“Türk qardaş” serialı Hind yarımadasının müsəlmanlarının Balkan müharibələrində (1912-1913 illər) iştirakından bəhs edəcək.
Görüş iştirakçıları bildiriblər ki, kino məhsulu konkret tarixi qəhrəmanların timsalında Pakistan gəncləri arasında vətənpərvərlik ruhiyyəsinin möhkəmlənməsinə xidmət göstərəcək. Bu qəhrəmanlardan biri də Əbdürrəhman Pişəvaridir.

Pişəvari “Anadolu” agentliyinin ilk müxbirlərindəndir və Türkiyənin Kabildəki ilk səfiridir. O, türk xalqının milli azadlıq mübarizəsinin fəal üzvlərindən olub.

 

 
 

 

Xəbəri paylaş

VİDEOLAR