Türkiyə və İsrail XİN başçıları arasında telefon danışığı oldu

Türkiyə və İsrail XİN başçıları arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İsrail rejimi XİN başçısı Yair Lapid arasında telefon danışığı baş tutub.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə XİN-in məlumatında qeyd edilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, əlaqələrin yumşalması, həmçinin İsrail rejimi prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri planı haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcək.

Xəbəri paylaş

VİDEOLAR