Türkiyə və İranın XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyə və İranın XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Az.rasthaber.com xəbər verir ki, Abdullahiyan həmkarı Çavuşoğlu ilə görüşündə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb.

İranın xarici işlər naziri Əmir Abdullahiyan yeni hökumət dövründə İran və Türkiyə prezidentlərinin iradəsinə uyğun olaraq iki ölkə arasında əməkdaşlığın əvvəlkindən daha çox davam etməsini arzulayıb.

Əmir Abdullahiyan Seyid İbrahim Rəisinin də Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu da İranla əlaqələrin əhəmiyyətini qeyd edib və bu əlaqələrin yaxşılaşdırılması üçün əlindən gələni edəcəyini bildirib.

Çavuşoğlu vurğulayıb ki, iki ölkə ikitərəfli əməkdaşlıqla yanaşı, regional məsələlərdə də əməkdaşlıq etməlidir.

Xəbəri paylaş

VİDEOLAR